Marşrut avtobusu piyadanı vuraraq öldürüb

Marşrut avtobusu piyadanı vuraraq öldürüb
  29 May 2020    Oxunub:3409
Mayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Avtobus   Qəza  





Xəbər lenti