Koronavirusa yoluxanların 54 faizi qadınlardır

   Koronavirusa yoluxanların 54 faizi qadınlardır
  29 May 2020    Oxunub:3319
Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında olan şəxslərdir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, virusa yoluxanların 18 faizi 30-39 yaş arasında olanlardır: "40-49 yaş arasında yoluxma 15 faizdir. Ən aşağı və ən yuxarı yaş qrupunda yoluxma faizində artım qeydə alınmayıb. Yoluxanların cinsə görə nisbətdə dəyişiklik olub. Qadınlar arasında yoluxma 54, kişilər arasında yoluxma 46 faizdir".

R.Bayramlı qeyd edib ki, vəfat edənlərin 20 nəfəri 60-69 yaş arasında olub.

"70-79 yaş arasında vəfat edənlər 17 nəfərdir. 50-59 yaş arasında 13 nəfər, 80-dan yuxarı 5 nəfər, 30-39 yaş arasında 1 nəfər vəfat edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti