İcra başçılarının xanım müavinləri... - ARAŞDIRMA

İcra başçılarının xanım müavinləri... - ARAŞDIRMA
  11 Yanvar 2014    Oxunub:14429
Son dövrlər bəzi icra başçıları özlərinə xanım müavinlər təyin etdilər. Əsasən da Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun 25 yaşlı Aygün Əliyevanı müavin təyin etməsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. X.İsgəndərovdan sonra da digər icra başçıları bu addımı atdılar.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq, rayon və şəhərlərdəki icra hakimiyyətlərində olan qadın müavinləri araşdırıb. Bir məsələni də diqqətə çatdırmağı lazım bildik ki, qadınlar daha çox ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alırlar.

Elə başlaraq, Xaləddin İsgəndərovun vəzifəyə təyin etdiyi Aygün Əliyevadan. Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Koqalım şəhərində anadan olub.

Nizami rayonu Etibar Cəlilov adına 272 saylı orta məktəbdə orta təhsil alıb. 2006- 2010-cu ildə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində distant təhsil alır. Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dillər Universitetində kitabxanaçı kimi başlay;b, 2012-ci ildən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin layihələr üzrə koordinator vəzifəsində, 2013-cü ilin dekabr ayının 4-dək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli 149 saylı əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Nəsimi rayon icra başçısının müavinlərindən biri də xanımdır. Belə ki, 152 saylı orta məktəbin keçmiş direktoru Gülarə Verdiyevanın artıq Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindədir. Gülarə Verdiyeva həm də birinci dərəcəli dövlət qulluqçusudur.

Qeyd edək ki, G.Verdiyeva eyni zamanda 2010-cu ildə millət vəkilliyinə namizədliyini vermiş, lakin seçilməmişdi.

Bakının ən böyük rayonlarından biri olan Xətai Rayon İcra Hakimiyyətində yeni kadr dəyişikliyi həyata keçirilib. Belə ki, icra başçısı Razim Məmmədovun əmri ilə Abdıyeva Jalə Zülfiqar qızı icra başçısının müavini təyin edilib.

O, 1982-ci ildə Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərində 20 saylı orta məktəbdə təhsil alıb.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib və həkim-dermatoveneroloq ixtisasına yiyələnib. 2006-2011-ci ildə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserində dəri-zöhrəvi həkimi işləyib.

2011-2013-cü illərdə Mərkəzi Neftçilər xəstəxanasında şöbə müdirinin müavini vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var. Rus və ingilis dillərini sərbəst bilir.

Abşeron rayon icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülməmmədova İradədir.

Yasamal rayon icra başçısının müavini də xanımdır. Əliyeva Sevil Əli qızı haqqında icra hakimiyyətində ətraflı məlumat olmasa da, onun icra başçısının müavini olduğu bildirilir.

Nizami rayon icra hakimiyyətinin başçısının da xanım müavini var. Onun müavinlərindən biri İsrafilova Gülnaz Şakir qızıdır.

Sabunçu rayon icra başçısının müavinlərindən biri də qadındır. Onun müavini Məmmədova Arzu Fikrət qızıdır.

Xəzər rayon icra başçısının da qadın müavini var. İcra başçısının müavini Əhmədova Lalə Kərim qızıdır.

Mingəçevir şəhər İcra başçısının müavini də qadındır. İcra hakimiyyətinin əməkdaşı Məhluqə Əbil qızı Cavadovabaşçının müavini təyin edilib. 1965-ci il təvəllüdlü M.Cavadova İcra Hakimiyyətində informasiya sektorunun müdiri işləyib. Ali təhsilini Rusiyada alan M.Cavadova ixtisasca mühəndis-mexanikdir. Əvvəllər Mingəçevir Statistika İdarəsində, Şəhər Bələdiyyəsində işləyib. 2007-ci ildən isə İcra Hakimiyyətində çalışmağa başlayıb. Ailəlidir.

Şəmkir rayon icra başçısının qadın müavini var. İcra başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliyeva Sona Sakit qızıdır.

Daha bir qadın müavin İsmayıllı şəhər icra hakimiyyətindədir. Belə ki, Mirdamət Sadıqovun müavini Əhmədova Sevil Kazım qızı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Ağstafa rayon icra başçısının da qadın müavini var. İcra başçısının müavini Lalə Sücayət qızı Eyyubova ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Göyçay rayon icra hakimiyyətində də qadın müavin var. Belə ki, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəcəbova Rəxşəndə Msirzəqulu qızıdır.

Gədəbəyin icra başçısının müavinlərindən biri xanımdır. Başçısının müavini Allahverdiyeva Vəfa Valeh qızı icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindədir.


Şəki şəhər icra başçısının müavinlərindən biri də xanımdır. Başçının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri vəzifəsini Cavadova Zərinədir.

Daha bir xanım müavin Yevlax Şəhər İcra Hakimiyyətində var. Başçının müavini Məmmədova Zərifə Həşim qızı icra hakimiyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindədir.

Şirvan şəhərində də icra başçısının müavinlərindən biri xanımdır. İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağayeva Elmiradır.

Ağcabədi rayon icra başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərovadır.

Ağsu rayon icra başçısının daha bir müavini, Mirzəliyeva Sevil Səməd qızı icra hakimiyyətində ictimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri vəzifəsindədir.

Astara rayon icra başçısının müavini, hakimiyyətində ictimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Rəsulova Yasəmən Mövlam qızıdır.

Balakən rayonunda icra başçının iki müavini xanımdır. Rayon icra baçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyeva və digər müavin, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Carullah qızı Rüstəmovadır.

Beyləqan rayon icra hakimiyyətində başçının müavini, təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri İsgəndərova Raisa Talıb qızıdır.

PS. Mövzunu davam etdirəcəyik...

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti