Bakıda 4 maşını qaçıran şəxs tutuldu
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib.
O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrini sökərək satdığını bildirib. H.Məmmədov ifadəsində həmçinin Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunşu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Azvision.az
Teqlər: DİN