Maşınlardan oğurluq edən 4 nəfər ələ keçdi

Maşınlardan oğurluq edən 4 nəfər ələ keçdi
  30 May 2020    Oxunub:2499
Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun “Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bundan başqa, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Novruzovun “Toyota” markalı avtomobilindən 100 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Gözəlov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti