Zakir Həsənov ciddi kadr dəyişikliyi edib

Zakir Həsənov ciddi kadr dəyişikliyi edib
  11 Yanvar 2014    Oxunub:934
Yanvarın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Toplantı Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti