Liftdə köməksiz qalan 7 nəfər xilas edildi

  31 May 2020    Oxunub : 1929
Liftdə köməksiz qalan 7 nəfər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail, Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN