Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Nəriman Məmmədov saxlanılıb.
N. Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş, çəkisi 8 kiloqramdan artıq 131 ədəd çətənə kolu və 240 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.
Azvision.az