Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Azvision.az xəbər verir ki, rayonun Nasosnu küçəsində yaşayan 1985-ci il təvəllüdlü Şəhriyar Əliyevdən 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb.