9-cu sinif şagirdi çayda boğuldu

  03 İyun 2020    Oxunub : 2556
9-cu sinif şagirdi çayda boğuldu
Cəlilabad rayonunda 16 yaşlı oğlan çayda boğulub.
Azvision.az xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

Belə ki, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Cəlilabad