RƏSMİ: Gülər Əhmədova təcridxanadan çıxmır

RƏSMİ: Gülər Əhmədova təcridxanadan çıxmır
  12 Yanvar 2014    Oxunub:1142
Gülər Əhmədovanın gecələr təcridxanadan çıxması bağlı rəsmi açıqlama.
AzVision.az xəbər verir ki, bu gün həbs olunan sabiq deputat Gülər Əhmədovanın gecələr həbsdən çıxıb restoranları gəzməsi, şəhəri dolaşması haqda məlumat yayılmışdı. Xeberdar.az-ın məlumatına görə, bu məsələ ilə bağlı Ədliyyə Nazirliyi Pentensiar xidmətin rəis müavini general-mayor Hüseyn Əlixanov açıqlama verib. O qeyd edib ki, bu tamamilə gülünc məsələdir: "Heç bir ağıllı insanın inanacağı məsələ deyil. Siz özünüz buna inanırsızmı? Ədliyyə Nazirliyi elə bir qurumdur ki, mən tərifləmək istəmirəm. Fikrət Məmmədov kimi bir nazirin rəhbərlik etdiyi yerdə o heç kəsə icazə verməz ki, hansısa vəzifəli şəxs öz səlahiyyətindən düzgün istifadə etməsin. Gülər Əhmədova məsələsi elə bir məsələdir ki, bu bütün ictimaiyyətin, yüksək vəzifəli şəxslərin nəzarəti altındadır.Necə ola bilər ki,məhbus gecə çıxıb restoranları gəzsin,şəhəri dolaşsın?! Bir daha qeyd edirəm bu bütünlüklə yalan, şər, böhtan, Ədliyyə Nazirliyinə qarşı irəli sürülmüş bir haqsızlıqdır".


Teqlər:  





Xəbər lenti