Bakıda dağlıq ərazidə yanğın olub

  03 İyun 2020    Oxunub : 1922
Bakıda dağlıq ərazidə yanğın olub
Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə baş vermiş yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.

Azvision.az

Teqlər: FHN