Amerika qəzeti `Qanlı Yanvar`dan yazdı

Amerika qəzeti `Qanlı Yanvar`dan yazdı
  12 Yanvar 2014    Oxunub:1109
Amerikanın “Cascade Pioneer” qəzeti Qanlı Yanvar faciəsi barədə məqalə dərc edib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Amerikanın Ayova ştatında nəşr olunan “Cascade Pioneer” qəzeti “Redaktora məktub: Qanlı Yanvarı unutmayın” sərlövhəli məqalə dərc edib.

Bu ştatda yaşayan azərbaycanlı Aqşin Tağıyev tərəfindən yazılan məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtında baş verən faciədən, Sovet qoşunlarının Bakıya soxularaq şəhərin dinc əhalisinə divan tutmasından bəhs olunur.

Materialda bu cinayət nəticəsində həlak olan və yaralanan vətəndaşların sayı barədə statistik rəqəmlər göstərilir. Həmçinin dinc əhalini qırmaq məqsədilə onlara qarşı görünməmiş vəhşilik törədildiyi barədə “Human Rights Watch” hüquq müdafiə təşkilatının dəlilləri göstərilir. Müəllif yazır ki, Sovet qoşunları Haaqa Konvensiyası tərəfindən qadağan olunan güllələrdən istifadə ediblər. Bu qanlı hadisələr Azərbaycanın müstəqilliyə nail olmaq əzmini təsdiqləmişdir. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa edib.

Material Azərbaycan–Amerika Şurası (AAŞ) və Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən keçirilən kampaniya çərçivəsində dərc olunub.


Teqlər:  





Xəbər lenti