Bakı Polisi vətəndaşlara müraciət etdi
Müracətdə deyilir: "Əziz vətəndaşlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində yaşayış yerini tərk etmək qadağan olunub. Ailənizin, yaxınlarınızın təhlükəsizliyini qorumaq üçün evdə qalın".
Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində evdən çıxmaq qadağan edilib, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Azvision.az
Teqlər: BŞBPİ