Vüqar Həşimovun ölümü deputatları kədərləndirdi

Vüqar Həşimovun ölümü deputatları kədərləndirdi
  13 Yanvar 2014    Oxunub:1187
Dünyaca məşhur azərbaycanlı şahmatçı Vüqar Həşimovun dünyasını dəyişməsi millət vəkillərini kədərləndirib.

AzVision.az-ın məlumatına görə, YAP-çı deputat Aydın Mirzəzadə Vüqar Həşimovun ölümündən məyus olub.

“Dünyaca məşhur azərbaycanlı şahmatçı Vüqar Həşimovun dünyasını dəyişməsi xəbərindən çox məyus oldum. Onun oyunları bir şahmat nəhənginin yetişdiyindən xəbər verirdi, onun oyunları izlənir, bir çox yarışlar onun üzərində qurulurdu.

Xəstəlik onu tez apardı. İstedadlı bir gəncimiz itirdik. Buradan valideynlərinə və yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da şahmatçımızım ölümünə kədərlənib.

“Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun ölüm xəbərini duydum. Allah ruhunu şad etsin. İstedadlı, dünyaya çıxaracağımız insanlarımızın sayı çox deyil. Bu insanlar ölkəmizin dəyərləridir və onları qiymətləndirməyə borcluyuq”.

Qeyd edək ki, Azərbaycanın tanınmış şahmat ustası Vüqar Həşimov yanvarın 11-də uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti