İki gündə 62 cinayətin üstü “isti izlər”lə açılıb

   İki gündə 62 cinayətin üstü “isti izlər”lə açılıb
  08 İyun 2020    Oxunub:3148
Respublikanın daxili işlər orqanları tərəfindən, iki gün (6-7 iyun) ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti