Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan silah və patronlar götürülüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirmanlı kəndində yaşayan S.Mazakovun evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi və 24 ədəd patron aşkar edilərək götürülüb.