Qonşusunu hədələyib evinə atəş açdı - Biləsuvarda insident

Qonşusunu hədələyib evinə atəş açdı -  Biləsuvarda insident
  08 İyun 2020    Oxunub:2956
İyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: Biləsuvar   Tüfəng   Atəş  





Xəbər lenti