Göyçay bazarında 5 mağaza yandı

Göyçay bazarında 5 mağaza yandı
  08 İyun 2020    Oxunub:3306
Göyçayda yerləşən bazarda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 m² olan 5 mağaza və içərisində olan mallar yanıb.

Bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub. Yanğın saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti