Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  09 İyun 2020    Oxunub:2865
Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Xəzər RPİ 3-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Z.Məmmədzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “QAZel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Məmmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti