Bakıda çoxmərtəbəli binada yanğın - 20 nəfər təxliyə edildi

 Bakıda çoxmərtəbəli binada yanğın -  20 nəfər təxliyə edildi
  09 İyun 2020    Oxunub:3350
Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli yaşayış binasının mansardasında ümumi sahəsi 55 m² olan mənzildə ev əşyaları 20 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Bakı   Yanğın  





Xəbər lenti