Keçmiş məhkum tapança ilə tutuldu

Keçmiş məhkum tapança ilə tutuldu
  10 İyun 2020    Oxunub:4072
Bakı sakinindən silah götürülüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmovdan nömrəsi silinmiş “Naqan” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Tapança   Keçmiş-məhkum  





Xəbər lenti