Prospektdə maşın aşıb, sürücü ölüb

Prospektdə maşın aşıb, sürücü ölüb
  10 İyun 2020    Oxunub:3577
İyunun 9-da saat 5 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Tofiq Mütəllimov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə xəsarət almış T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Aşıb  





Xəbər lenti