Gənc fəaldan AXCP və Müsavata ittiham

Gənc fəaldan AXCP və Müsavata ittiham
  13 Yanvar 2014    Oxunub:1006
“Müsavat və AXCP arasındakı təhqirli qarşıdurma bezdirib hamını. Bununla təkcə özlərinə zərbə vurmurlar, bundan sonra meydana çıxmaq istəyən siyasi qüvvələrə də, siyasi institutlara da cəmiyyətdə inamsızlıq yaradırlar”.
AzVision.az-ın məlumatına görə, bu fikiləri gənc fəal Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyev bu qarşıdurmaya görə, hər iki partiyanın rəhbərlərinin şəxsən məsuliyyət daşıdığını bildirib.

“İstəsələr, bir tapşırıqla öz tərəfdarlarını sakitləşdirə, özlərinin güclənmələri ilə məşğul olarlar. Onlar isə əksini seçiblər, qarşı tərəfi zəiflətmək barədə göstərişlər verirlər. Amma bu təkcə qarşı tərəfi yox, özlərini də zəiflədir, gözdən salır və ümumiyyətlə cəmiyyəti geri çəkir.

Gələn il tutaq ki, "Milli Palata" adında yeni bir birlik yaradıb, yenidən birləşəndə və xalq çağırışlarınıza cavab verməyəndə, xalqı ittiham edəcəksiniz ki, xalq qorxaqdır. Amma deməyəcəksiniz ki, bu gün atdığınız addımlara görə inamı itirmisiniz”.

AzVision.az


Teqlər:





Xəbər lenti