Mağazadan oğurluq edən şəxs saxlanıldı
Əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuk oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
Azvision.az
Teqlər: Mingəçevir Oğurluq