İsmayıllıda qəza: 1 nəfər ölüb

İsmayıllıda qəza:  1 nəfər ölüb
  11 İyun 2020    Oxunub:3070
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 10-da saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində kənd sakini İ.Bağırlı idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini Mahir Osmanov hadisə yerində ölüb.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: İsmayıllı   Qəza  





Xəbər lenti