`20 Yanvar` günü metro xüsusi rejimdə işləyəcək

`20 Yanvar` günü metro xüsusi rejimdə işləyəcək
  13 Yanvar 2014    Oxunub:1059
`20 Yanvar` günündə Bakı Metropoliteni xüsusi iş rejimində fəaliyyət göstərəcək.

AzVision.az xəbər verir ki, Bakı Metropolitenindən verilən məlumata görə, `20 Yanvar` günündə, əvvəlki illərdə olduğu kimi, stansiya xüsusi bədii tərtibatda olacaq, işçilərdən fəxri qarovul dəstəsi düzüləcək. Bununla əlaqədar, xidmətdə müzakirələr olub və mütəmadi fikir mübadiləsi aparılır. Həmçinin bütün stansiya və vaqonlarda günün ruhuna uyğun və bu ovqata köklənəcək tədbirlər də planlaşdırılıb. Musiqi parçalarının səsləndirilməsi üzərində də iş aparılır.

Metropoliten rəisinin tapşırığına əsasən, uyğun qrafik və iş planı da hazırlanır. Həmin gün saat 12:00-da metropolitenin xətlərdəki bütün qatarları stansiyalarda olacaq və bir dəqiqə ərzində siqnal veriləcək. `20 Yanvar` stansiyasında təhlükəsizlik tədbirləri də gücləndiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti