“İcazə işə gedib-gəlmək üçün verilir” - Kamran Əliyev

   “İcazə işə gedib-gəlmək üçün verilir” -    Kamran Əliyev
  12 İyun 2020    Oxunub:3573
İcazə portalına adları daxil edilmiş şəxslər bundan sui-istifadə etməməlidir.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həmin şəxslər başa düşməlidir ki, onlara verilən icazə işə gedib-gəlməsi üçün nəzərdə tutulub.

“Əvvəllər müşahidə edirdik ki, vətəndaşın işlədiyi yer başqa ünvanda, yaşadığı ünvan başqa yerdədir, amma nəqliyyat vasitəsi tamamilə başqa yerdə saxlanılıb. Məsələn, Binəqədi ərazisindən Səbailə getmək üçün Xətai rayonu ərazisinə gedir. Belə sui-istifadə hallarına yol vermək düzgün deyil”.

Aytən Zəhra
Azvision.az



Teqlər: DYP   Polis  





Xəbər lenti