Qusarda iki nəfər su kanalında batıb

Qusarda iki nəfər su kanalında batıb
  13 İyun 2020    Oxunub:3300
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Kanal  





Xəbər lenti