Bakıda restorandan 5365 manat oğurlandı

Bakıda restorandan 5365 manat oğurlandı
  13 İyun 2020    Oxunub:3020
Bakıda restoranların birindən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki restoranlardan birinin kassasından 5365 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ömərov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti