İki günlük Qarabağ müzakirələri başladı

İki günlük Qarabağ müzakirələri başladı
  14 Yanvar 2014    Oxunub:959
İsveçrədə iki günlük Qarabağ müzakirələri başlayıb
AzVision.az xəbər verir ki, bu gün İsveçrənin paytaxtı Berndə ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlikin (ABŞ) ATƏT-in yeni sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalterlə görüşüblər.

musavat.com-un armtoday-ə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ probleminin dinc yolla həlli prosesi müzakirə edilib. Məsləhətləşmələr sabah da davam etdiriləcək. “Onların konfliktlərin həllində təcrübəsi Qafqaza kömək edəcək” - bunu özünün Twitter-dəki mikrobloqunda Uorlik yazıb.

Qeyd edək ki, İsveçrə həqiqətən konfliktli situasiyalar, o cümlədən türk-yunan, türk-erməni münasibətlərinin qaydaya salınmasında mühüm təşəbbüslərin müəllifi kimi tanınır. Türkiyə ilə Ermənistan arasında Sürix protokolları da məhz İsveçrədə imzalanıb.

musavat.com


Teqlər:





Xəbər lenti