FHN liftdə qalanlara kömək etdi

FHN liftdə qalanlara kömək etdi
  14 İyun 2020    Oxunub:3414
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti