Azərbaycanlı həkim Abdulla Gülə məktub yazdı

Azərbaycanlı həkim Abdulla Gülə məktub yazdı
  14 Yanvar 2014    Oxunub:1944
Türkiyədə yaşayan soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Ankara təmsilçisi Məhbub Əmrahi “Möhtəşəm yüzyıl” serialının 115-ci bölümündə Səfəvi dövlətini dəfələrlə fars dövləti kimi təqdim etməsi ilə bağlı Türkiyə prezidenti Abdulla Gülə məktub yazıb.

M.Əmrahinin AzVision.az-a verdiyi məlumata görə, o məktubunda Abdulla Güllə görüşmək istədiyini bildirib.

“Son vaxtlar Səfəvi dövlətinin türk olub-olmaması haqqında “Mühtəşəm Yüzyıl” serialındakı iddialara görə İran əsilli Güney Azərbaycanlı olaraq Ankara Baş Prokurorluğunda qaldırdığım iddia ilə bağlı sizdən Cümhuriyyətimizin Cümhurbaşlanlığı müstəvisində Səfəvi dövlətini 17-ci Türk imperatorluğu olaraq tanınması üçün sizinlə görüşməyi təkidlə tələb edirəm. Ümid edirəm ki, bu görüş tələbimə müsbət yanaşacaqsınız”.

Eyni zamanda Məhbub Əmrahi qeyd edib ki, serialla bağlı qaldırdığı iddianı məhkəmə izləmir və buna görə də ötən gün yenidən bu məsələyə etiraz edib.

“Bu gün yenidən etiraz etdim. Məsələ Sincan Ağır Cəza Məhkəməsinə sövq ediləcək”-deyə, soydaşımız əlavə edib.

Qeyd edək ki, Hacettepe Universitetində diş həkimi olan Azərbaycan türkü Məhbub Əmrahi “Möhtəşəm Yüzyıl” serialında Səfəvilər dövlətinin fars dövləti kimi göstərilməsi ilə bağlı Ankara Baş Prokurorluğuna şikayət edib. O, bildirib ki, Səfəvilər şiə və türk dövlətidir.

Onun fikrincə, Səfəvilər dövlətinin fars olduğunu söyləmək təhqirdir. Əmrahi serialı sifariş edən şirkət haqqında iddia açılmasını istəyib.



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti