Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  15 İyun 2020    Oxunub:2691
İyunun 12-də saat 20 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Məzahir Hüseynov vurulmuş və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti