ANS-dən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA
M.Məmmədovun sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Yalan xəbərdir. Neçənci zəngdir ki, bu barədə məndən soruşulur. Bu xəbərləri niyə yayırlar? İşləri gücləri yoxdur bunların? ANS-in bölgə müxbirləri çoxdur, həm burada, həm də xaricdə. İndi tutaq ki, bir nəfər işdən çıxarlıbsa, bu o deməkdir ki, ANS-də ixtisarlar gedir? Belə xəbərləri yaymaq nəyə lazım?”.
Qeyd edək ki, AzNews.az-ın məlumatına görə, ANS TV bölgələrdəki müxbir və operatorlarını işdən azad edib. ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu tv-də çalışan opertator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarılıb. İşdən çıxarılan əməkdaşlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. ANS-in bölgə əməkdaşlarına bu barədə məlumat onlar işdən çıxarıldıqları gün verilib.
Nihadə Eyyubova