“El”-in toplantısı təxirə salındı

“El”-in toplantısı təxirə salındı
  14 Yanvar 2014    Oxunub:1000
“EL” hərəkatında müxtəlif yanaşmalar var. Qurumun Milli Şuradan çıxmasını istəyənlər də var, eləcə də fəaliyyətini davam etdirməyinin tərəfdarı olanlar da”.
Bunu AzVision.az-a açıqlamasında “EL” hərəkatının sədr müavini Zəfər Quliyev deyib.

O bildirib ki, Milli Şuradan çıxmaqla bağlı təkliflər “EL” hərəkatında müzakirə olunur:

“Bu məsələlər ciddi, geniş, demokratik şəraitdə müzakirə olunur. Ona görə də dəqiq bir söz demək olmaz ki, “EL” Milli Şuradan çıxacaq, yoxsa yox”.

Bu barədə dəqiq qərarın nə vaxt qəbul olunacağına gəlincə isə Z.Quliyev bildirib ki, bu, yaxın günlərdə məlum olacaq: “İdarə Heyətinin toplanması üçün Eldar Namazovun da təşəbbüsü olmalıdır. Hesab edirəm ki, yaxın günlərdə bu məsələ aydınlaşacaq”.

Qeyd edək ki, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev isə saytımıza açıqlamasında bildirib ki, Milli Şuradan çıxmaqla bağlı hərəkat bu gün toplatısının böyük ehtimalla təxirə salınacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti