Azərbaycanda yeni telekanal açılır

  14 Yanvar 2014    Oxunub : 487
Azərbaycanda yeni telekanal açılır
Yeni telekanalın yaranması üçün müsabiqə elan edilib
Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. MTRŞ-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) müsabiqə elan edilib.

Müsabiqə 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək davam edəcək.

Sevinc İltifatqızı

Teqlər: