Zakir Həsənov komandiri işdən çıxardı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyinat alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, sülhməramlı tabor da Mühafizə Alayının tərkibində yerləşir. (apa.az)