Əli Kərimlinin adamı ziyalıları təhqir etdi

Əli Kərimlinin adamı ziyalıları təhqir etdi
  15 Yanvar 2014    Oxunub:1285
AXCP ilə Müsavat arasında davam edən söz davasına qoşulan “El” hərəkatının sədr müavini Zəfər Quliyevin son çıxışı cəhbəçiləri hövsələdən çıxarıb.

“AXCP və Müsavat arasında müharibələr əvvəlki illərdə də olub. Amma onda sosail şəbəkələr yox idi. İndi bu eybəcərliklər millətin gözü qarşısında baş verir və bu amil həm münaqişənin miqyasını genişləndirir, həm də bütün cəmiyyəti bezdirir, iyrəndirdir”-deyə Z.Quliyevin səsləndirdiyi fikirlərə AXCP rəsmisi Natiq Adilov sərt şəkildə cavab verib.

Müsavatdan sonra “El”-ə meydan oxuyan cəbhəçi müxalif düşərgədə təmsil olunan ziyalıları təhqir edib.

“Cəmiyyət bizim davranışlarımızdan iyrənmir, sizin kimi ziyalıların laqeyd, bəzən qorxaq, yalançı balans saxlama hərəkətlərindən iyrənir”.

AzVision.az


Teqlər:





Xəbər lenti