İ.Kərimov vurğulayıb ki, ASAN Xidmətdə vətəndaşlara ümumilikdə 150-dən çox xidmət göstərilir: “9 dövlət orqanı tərəfindən xidmət göstərilir. Məqsəd orqanların xidmətlərinin vətəndaşlara çatdırılmasını asanlaşdırmaqdır. Statistikaya görə 1 il ərzində ASAN Xidmət mərkəzlərində 959 min müraciətə baxılıb. 90 faizə yaxın vətəndaş məmnunluğu təmin edilib. Ayrı-ayrılıqda 1 saylı ASAN Xidmət mərkəzində 304 min, Sumqayıt ASAN Xidmət mərkəzində 204 min, 2 saylı ASAN Xidmət mərkəzində 250 min, 3 saylı ASAN Xidmət mərkəzində 92 min, Gəncə şəhər ASAN Xidmət mərkəzində isə 14 min müraciətə baxılıb”.
İnam Kərimov onu da bildirib ki, il ərzində 260 əməkdaş fəaliyyət göstərib. Onların orta yaş həddi 28-dir: “İndiyə qədər ASAN Xidmətdə könüllülər də cəlb edilib. Bizim məqsədimiz ali təhsil müəssisələrində oxuyan və yeni bitirmiş gənclərə iş vərdişlərinin öyrədilməsi və iş mühitində ilkin təcrübəyə yiyələnməyə kömək etməkdir. İndiyə kimi 1138 könüllü cəlb edilib. Onlardan 258 könüllü hazırda fəaliyyət göstərir”.
Fatimə Kərimli
Fotolar Elnur Abdulla