Səhiyyə Nazirliyində korrupsiya müşavirəsi
E. Ağayevin sözlərinə görə, istər korrupsiya ilə mübarizə məsələlərində, istərsə də digər tədbirlər planına salınmış məsələlərlə əlaqədar dövlət qurumlarına hər il müvafiq tapşırıqlar verilir, hesabatlar tələb olunur və çatışmazlıqlarla əlaqədar tədbirlər görülür. Səhiyyə sektoru da bu mövzudan kənarda qalmayıb. Görülən çoxsaylı işlərə rəğmən bəzi çatışmazlıqlar var. Bu baxımdan da hər ilin əvvəlində, yaxud da ilin sonunda görülmüş və görüləcək işlərə dair Səhiyyə Nazirliyi iş planını dövlətə təqdim edir.
Hazırda “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planı hazırlanır.
Müşavirə iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verildi, plandan irəli gələn bir sıra məsələlər müzakirə olundu.