`Azərbaycan Avropa üçün önəmli ölkədir`

`Azərbaycan Avropa üçün önəmli ölkədir`
  16 Yanvar 2014    Oxunub:3528
AzVision.az xəbər verir ki, yanvarın 15-də Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov İsveç Krallığının Xarici İşlər Naziri Karl Bildtlə görüşüb.

Səfirlikdən AzərTAc-a bildiriblər ki, səfir Azərbaycan-Avropa münasibətləri, həmçinin ölkəmizin bu qitənin enerji təhlükəsizliyində rolu ilə bağlı nazirə məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Məmmədov bu problemin təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafına mənfi təsir göstərdiyini qeyd edərək, Avropanın bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi vurğulayıb.

Sonra Azərbaycan-İsveç münasibətləri müzakirə olunub və həllini gözləyən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Karl Bildt Azərbaycanın təkcə İsveç üçün deyil, bütövlükdə Avropa üçün önəmli bir ölkə olduğunu vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın inkişafının İsveç üçün əhəmiyyət kəsb etdiyini bildirib.


Teqlər:  





Xəbər lenti