Milli Məclisdən Zahid Oruca təkzib gəldi

Milli Məclisdən Zahid Oruca təkzib gəldi
  16 Yanvar 2014    Oxunub:1088
“Milli Məclisə telefonla girmək qadağası hər kəsə şamildir. İstər millət vəkili olsun, istər jurnalist, istərsə də xarici qonaqlar”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deputat Zahid Orucun telefon qadağasının millət vəkillərinə aid edilməməsi haqda fikrinə münasibət bildirərkən deyib:

“Belə bir şey ola bilməz, yəqin ki, anlaşılmazlıq olub, bu qayda hamıya aiddir, mən indi bu məsələni araşdıraram”.

Qeyd edək ki, millət vəkli Zahid Oruc hafta.az-a açıqlamasında qadağanın parlament üzvlərinə tətbiq edilmədiyini deyib: “ Biz malik olduğumuz hər hansı mobil rabitəni, yaxud planşetləri əvvəlki qaydada parlamentin binasına keçirə bilirik”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti