“Peyvəndin hazırlanması uzun prosesdir” - TƏBİB rəsmisi

 “Peyvəndin hazırlanması uzun prosesdir” -   TƏBİB rəsmisi
  30 İyun 2020    Oxunub:3862
“Bir peyvəndin hazırlanması, satışa çıxarılması uzun prosesdir. Bu istiqamətdə təbii ki, sürətli işlər görülür”.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, proses tam şəkildə bitəndən və Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri peyvəndlərin insan orqanizmi üçün xeyri və ziyanını dəyərləndirəndən sonra alınması və istifadəsindən danışmaq mümkün olacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti