İbrahimbəyov Milli Şuranın fəxri sədri qaldı
Qurum daxilindəki təşkilatların, siyasi partiyaların idarə edilməsi üçün Koordinasiya Şurasının yaradılması da səsə qoyulub. Böyük əksəriyyət qurumun yaradılmasına tərəfdar olub.Iclasda koordinasiya şurası üzvlüyünə bu şəxslərin seçilməsi təklif edilib: Rüstəm İbrahimbəyov, Mirmahmud Fəttayev, Eldar Namazov, Əli Kərimli, Sülhəddin Əkbər, Nidaçılar, professor Əli Abbasov, professor Kamil Vəli Nərimanoğlu, professor Hacıbaba Əzimov, hüquqşünas Fuad Ağayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Nurəddin Mustafayev, Rafiq Manaflı, Leyla Yunus, İbrahim İbrahimli, Mehman Əliyev, Cəmil Həsənli.
Fatimə Kərimli