Səlim Müslümov Milli Qəhrəmanlarla görüşüb

Səlim Müslümov Milli Qəhrəmanlarla görüşüb
  17 Yanvar 2014    Oxunub:919
Milli Qəhrəmanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
Yanvarın 16-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov «Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma» İctimai Birliyinin İdarə Heyətinin sədri Elşən Uluxanlını, Milli Qəhrəmanlar Eldar Ağayev və Zabit Quliyevi, iki Milli Qəhrəmanın ailə üzvünü qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına və onların ailələrinə göstərilən dövlət qayğısından söz açaraq, həmin insanların sosial müdafiəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə Milli Qəhrəmanların cəmiyyətə tanıdılması istiqamətində aparılan işlərdə birgə səylərin göstərilməsi, onların və ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması və mənzilə ehtiyac duyanların yeni mənzillərlə təmin olunması və s. ilə bağlı məsələlər geniş müzakirə olunub.

Səlim Müslümov toxunulan bir sıra məsələlərin həlli ilə əlaqədar yerindəcə müvafiq tapşırıqlar verib.

Elşən Uluxanlı və görüş iştirakçıları qəbul zamanı qaldırılan məsələlərə həssas və qayğıkeş münasibət göstərilməsindən razı qaldıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti