“Ordumuzda çox Poladlar, Mübarizlər, Vüqarlar var” - Nurlan Həsənov

   “Ordumuzda çox Poladlar, Mübarizlər, Vüqarlar var” -    Nurlan Həsənov
  19 İyul 2020    Oxunub:5810
"Bu gün Şəmkirdə seçki dairəmdə yerləşən hərbi xəstəxanada yaralı əsgərimiz Təbrizi ziyarət etdim. Təbriz ön cəbhədə şəhid Polad Həşimovla eyni yerdə çiyin-çiyinə döyüşüb".
Azvision.az xəbər verir ki, bunu deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, yaralı əsgərimizin ən böyük arzusu tezliklə sağalıb ön cəbhəyə geri qayıtmaqdır: "Təbrizin danışdıqları mənə tam səmimi deməyə əsas verir ki, Azərbaycan ordusunda çox Poladlar, Mübarizlər, Vüqarlar var. Sadəcə biz onların adlarını eşitməmiş ola bilərik. Ermənistan ordusu dəstəyi olmasa, bir gündə bizim ordunun qarşısında dayana bilməz. Buna əmin olun".



N.Həsənov qeyd edib ki, bu gün Tovuzun Ağdam və Dondar Quşçu kəndlərində, Ermənistanla birbaşa təmas nöqtəsində olub:

"Sərhəddə sıfır nöqtəsinə qədər getdim. Yerində olanları görmək insana tamam başqa hiss etdirir. Mən nə edə bilərəm ki, daha çox kömək edə bilim, deyə düşünürsən. Həqiqətən boşuna deyilməyib: “Vətən sərhəddən başlayır”. Bəzilərimiz üçün bəlkə də məhz vətəni sevmək də sərhəddən başlayar. Ermənistan ordusu tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olan kənd sakini, 76 yaşlı Əziz Əzizovun evində tapılan düşmən mərmisini özümlə götürdüm, Paşinyana çox tərif deyənlərə göstərmək üçün...".

Azvision.az



Teqlər: Deputat   Nurlan-Həsənov  





Xəbər lenti