Koronavirusdan ölən həkimlərin adları açıqlandı - SİYAHI

 Koronavirusdan ölən həkimlərin adları açıqlandı -   SİYAHI
  19 İyul 2020    Oxunub:33682
Azərbaycanda koronavirusdan vəfat edən həkimlərin adları açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında məlumat paylaşıb:
"COVID-19 virusu ilə mübarizədə itirdiyimiz həkimlər.

Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərinə və vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm.

1. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.

2. Kəmalə Dəhqani - Gəncə şəhəri, uşaq nevroloqu

3. Kamil Əliyev - Astara MRX Cərrah

4. Mehman Hüseynov - Gəncə şəhəri, ortoped-travamotoloq

5. Ceyhun Hacıyev - Bakı şəhəri, anestezioloq-reanimatoloq

6. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı.

7. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanası

8. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

9. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu

10. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya Şöbəsinin həkimi.

11. Zakir Xəlilov Bakı şəhər TTYS - nın həkimi

12. Qəşəm Hüseynov - Bakı şəhər TTYS - nın həkimi

13. Surxay Quliyev - Gəncə şəhər TTYS - nın həkimi

14. Surət Abbasov - Gəncə şəhər TTYS - nın həkimi

15. Cəmşid Abbasov - Gəncə şəhər TTYS -nın həkimi

16. İbadət Ağayev - Cəlilabad TTYS -nin həkimi

17. Ruhiyyə Kərimova - Bakı şəhəri, kardioloq

18. Tahir Bababəyli - İstanbul, Başakşehir Kayabaşı mahallesi.

19. Tərlan Hüseynli - Mingəçevir şəhəri, stomatoloq

20. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana, pediatr

21. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz Həkim-reanimatoloq

22. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi

23. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq

24. Sədaqət Həsənova - Bakı şəhəri, N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı

25. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası Ortoped - Travmatoloq".

Azvision.az


Teqlər: Koronavirus   Həkim  





Xəbər lenti