Ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

Ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir
  25 İyul 2020    Oxunub:5333
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi, yataqxananın əsaslı təmiri başa çatdırılıb, iki qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, istirahət parkının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilib. Babək rayonunda beş avtomobil saxlancının əsaslı təmiri başa çatdırılıb, vertolyot meydançasının, avtomobil saxlancının və iki yeraltı saxlancın tikintisi davam etdirilir. Culfa rayonunda retranslyasiya məntəqəsinin tikintisi, Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması başa çatdırılıb.

Şahbuz rayonunda üç anqarın tikintisi başa çatdırılıb, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir. Şərur rayonunda 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılıb, 8-ci Sərhəd Zastavası üçün və Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan hərbi şəhərciyində və Sədərək rayonunda zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib.

Cari ilin ötən dövründə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 10 “Qazel” markalı yük, “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili təqdim olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Ordu  





Xəbər lenti