Nazirlik sex sahibini 2500 manat cərimələdi

  10 Avqust 2020    Oxunub : 1419
Nazirlik sex sahibini 2500 manat cərimələdi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.

Azvision.az

Teqlər: ETSN